Page 219 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 219

................................................................................
           ................................................................................
           “Nəyə görə mən bu qədər güzgüyə baxıram?” –
           birinci dəfədən sonra dedin sən, çılpaqkən, zillənərək öz əksinə.
           Get ölülərdən soruş. Biz kandardayıq, onlar kənarda. Anlayırlar bizi
           Günəş quyusunun dibindən.
           ..................................................................................
           Lakin yazının tarixi hər şeyi şübhə altına qoyur, qaranlığı sübhə çevirir.
           ..................................................................................
           Çoxlu yatıram, yuxular toxuyuram. Qalan vaxtı oxuyuram.



           18.
           Bununla belə, istənilən yerdən:
           qar və
           yuxusuzluq qoxusu.
           Çaxır qədərincə kəmturş, sən –                                                Şeirlər
           qədərincə kəmşirindin.
           İndi aramızda kül və toz,
           dodaqlarımızda duz.
           Düz atılır kirpiklərin,
           açılır taybatay pəncərə,                                                      Nicat Məmmədov.
           uzadırsan birləşik ovuclarını
           dua edərmiş kimi.
           Ağır-ağır qar yağır, əriyir
           barmaqlarındakı dolanbacda.













                                                                                219
   214   215   216   217   218   219   220   221   222   223   224