Page 223 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 223

Çəkilək bir adaya,
                               Düşünməyək heç kəsi.
                               Hər gün oyatsın bizi
                               Qağayıların səsi.

                               Gizlənək gəmilərdən
                               Gözdən itincəyədək.
                               Ayrılmayaq bu yerdən
                               Ömür bitincəyədək...

                               ...Bizdən sonra qəlblərə
                               Qoy yayılsın sədası;
                               Sevənləri səsləsin
                               “Sevənlərin adası”.


                                                                                         Şeirlər
                               Gecənin səssizliyi

                               Əli yerdən üzülmüş, unudulmuş bir ada...
                               Gecənin səssizliyi ona layla çalmada...                   Nilufər Şıxlı.

                               Dəniz, səma və sahil – hər yan duman içində...
                               Gözlərim yol çəkmədə, qəlbim güman içində...

                               Ay bulud arxasında gülümsəyir kədərlə,
                               Yuxusuz dalğalar da barışıblar qədərlə...

                               Hər kəs dənizə küskün – umulan da, uman da...
                               Hər kəs cavab axtarır bu kimsəsiz limanda.

                               Bütün gedənlər kimi dönüksən elə sən də...
                               Düşünürəm, yəqin ki, ölmərəm dönməsən də!..



                                                                                223
   218   219   220   221   222   223   224   225   226   227   228