Page 224 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 224

Gənc yazarların ədəbiyyat almanaxı







                                   Gecə düşüncələri...


                                   Bir gecənin ətəyində
                                   Neçə gözün yuxusu...
                                   Göydə ulduz naxışları,
                                   Havada gül qoxusu...

                                   Ay sulara naz etdikcə,
                                   Şölə saçır bənizi.
                                   Yerin islaq yaxasında
                                   Göy üzünün əkizi.

                                   ...Məftun olub qələmini
                                   Saçlarına taxırsan,
                                   Bir məhəbbət filmi kimi
                                   Təbiətə baxırsan;


                                   Ruhun çıxıb qucağından
                                   Rəqs eləyir sübhədək...
                                   Azadlıqdan əl uzanır:
                                   “Haradasan, gəl, gedək!”

                                   Səssizliyə vurulursan,
                                   Nə dünən var, nə indi.
                                   (Çox şeyləri öz adıyla
                                   Xatırlamaq çətindi!)







               224
   219   220   221   222   223   224   225   226   227   228   229