Page 225 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 225
...Bu arada gecə bitir,
Kölgələr də çəkilir...
Al şəfəqlər yavaş-yavaş
Yer üzünə səpilir...
Səma elə aydınlaşır –
Kitab kimi oxunur...
Yaradanın hökmünə bax,
Sabahların şərəfinə
Sözdən şeir toxunur!
Şeirlər
* * *
Ay ürəyim, nədir yenə
Bu hüznlər, bu qəmlər?
Hər şey keçdi, hədər oldu… Nilufər Şıxlı.
Geri dönməz gedənlər!
Duyğuların dəniz idi…
Nə umurdun sevgidən!
Gəl unudaq, davam edək
Yaşamağa yenidən.
Geridə qoy olanları,
Coşsun gənclik həvəsi!
Unutma ki, dəli kimi
Sevmək olmaz heç kəsi!
225