Page 251 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 251

Sevilən uşaq


                               hardansa tapıb əyninə keçirdiyi
                               köynəyinin üstündə
                               ingiliscə “sevilən uşaq “
                               kəlmələri yazılıb
                               avtobusa dilənmək üçün minən uşağın
                               bilmədiyi
                               yad dildə danışacaq
                               onunla dünya həmişə...


                               * * *
                               qadınının  getdikcə özünü                                 Şeirlər
                               sevməyindən qorxdu kişi
                               evdəki aynaların
                               sayını azaltdı
                               qadına sezdirmədən...                                     Sevinc Elsevər.

                               * * *
                               sırğalara düşkündü Güllü
                               bacısıyla deyil
                               hicablı qonşusuyla gedir həmişə
                               bijuteriya dükanına
                               bilir ki,
                               ancaq üzükləri seçəcək rəqibi...








                                                                                251
   246   247   248   249   250   251   252   253   254   255   256