Page 253 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 253

Pişik bığları


                               pişikləri ələ salaraq
                               bığlarını kəsməklə
                               nələri əllərindən aldığınızı bilirsinizmi, uşaqlar?
                               təkcə  pişik qüruruna toxunmursuz ki
                               onları məhrum edirsiz ağaca dırmaşmaq bacarığından
                               yolunu azanda evinə qayıtmaqdan
                               siçanların dalınca dəliyə soxulmaq hünərindən
                               itlərin hücumuna düçar olanda
                               dırmaşa bilmirlər ağaca
                               bığlarını qırxanda atalarınız kimi yaraşıqlı olmur pişiklər
                               yazıq olur onlara...
                                                                                         Şeirlər

                               ***
                               yaratdığın dünyada
                               torpaq belə az idimi                                      Sevinc Elsevər.
                               qadını Adəmin qabırğasından yaratdın
                               bu qədər qənaətcillik çoxmu gərək idi, Tanrım?


















                                                                                253
   248   249   250   251   252   253   254   255   256   257   258