Page 254 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 254

Gənc yazarların ədəbiyyat almanaxı





                                   * * *
                                   indi əvvəlkindən
                                   daha həvəslə
                                   fırçalayır dişlərini
                                   sağalmaz xəstəliyə yoluxan
                                   öləcəyini bilən qadın
                                   işıltılı gülüşlərlə qalmaq istəyir
                                   sevdiklərinin yaddaşında....



                                   * * *
                                   Beşyaşlı uşağın duası,
                                   İsrarla anasından bahalı oyuncaq istəyən
                                   balaca oğlana
                                   “Allahdan pul istə, pulumuz olsun, alacam” – dedi anası
                                   “mən Allahdan pul istəməyə utanıram” – dedi
                                    balaca oğlan
                                    başını aşağı dikərək...



                                   * * *
                                   Cəbhədə öldürülən
                                   Kişilərin arasından
                                   Birinin şəkli üzərində
                                   Saxladı barmağını
                                   Dırnağı qırmızı boyalı qadın
                                   “nə qəşəng oğlanı öldürüblər”, – dedi
                                   Gözəllik
                                   Ayrı-seçkilik salır
                                   Adamların arasına
                                   ölümdən sonra da...


               254
   249   250   251   252   253   254   255   256   257   258   259