Page 255 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 255

Bəxtsiz gəlincik


                               ərköyün uşaqlığımda
                               qollarını qopardığım
                               gözlərini çıxardığım
                               saçlarından  yapışıb
                               yerlə sürüdüyüm
                               çılpaq bədənini görmək marağıyla
                               paltarını cırıqlayıb tökdüyüm
                               bəxtsiz gəlinciyim
                               səninlə taleyim nə qədər bənzər indi
                               ərköyün bir kişinin                                       Şeirlər
                               qəddar əllərində
                                                                                         Sevinc Elsevər.
                               nə qədər mütidir bədənim
                               qırılmış qolunun sızıltısını
                               hiss edərcəsinə yazıq...





















                                                                                255
   250   251   252   253   254   255   256   257   258   259   260