Page 261 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 261

mənimtək alın yazısını silmiş ömürsüzlərdən.
                            O adam ki,
                            tək arzusu böyüdükcə böyümək...
                            Sən isə güldanla torpağa düşmüş
                            nərgizgülütək
                            qəfəsini qırmadan qarşımdasan...

                            Qağayılar günəşə gedən yolu bilir
                            nə qədər ağappaq səmaya ləkə olsa da...
                            Azadlığımıza bir quş səsi qədər
                            müstəmləkə olsa da...
                            Onlara çatdır ki,
                            qatarlar niyə keçmir əvvəlkitək
                            aramızdan?
                            Şəfəqlərdən neçə gülüşlük,
                            neçə baxışlıq uzaqdadı azadistan?
                            Bütün sözlərini qus.
                            qağayılar toplasın, balıqlara səpələsin.
                            Səssizliyim yuxulu göz qapaqlarını bələsin.                  Şeirlər
                            Sonra evdə yadından çıxmasın ha,
                                                                                         Seymur Su.
                            divarlarındakı kərpic kimi
                            qocalmış kəfgirli saatları pus.
                            ya da sus, laxlayana kimi.
                            Bu ağırlıqda yükü saxlayana kimi
                            çiynində.
                            balıqlar kimi sus
                            suyun dadını bilənədək.
                            Seçimlərini tələsdir
                            ta ki mübarizə tilovuyla üzləşənədək...
                            onsuz da nə qalıb ki?
                            Amma öz aramızdı
                            maraqlıydı
                            dalğaların sənə hecaladığı etiraf:
                            – dəniz gözləmirdi onu
                            o gələcək həftəsonu...

                                                                                261
   256   257   258   259   260   261   262   263   264   265   266