Page 260 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 260

Gənc yazarların ədəbiyyat almanaxı

                                heç vaxt yağış düşməyən
                                köhnə kafenin içində
                                şeirləri ilahi ehtirasla...
                                görmədin ki...

                                Məni atdın,
                                danışdığımız xəyalları
                                zamanla reallaşdırasan deyə.
                                O, səndən qaçır,
                                Bil ki, o,
                                ən gözəlləri də görməzdən gəlib həmişə.
                                özü qeyb olanda
                                səni qeyb etdirəcək
                                üzü enişə...

                                Mən səni axtarıram,
                                sən zamanı...
                                hərəmizi bir cür üyüdüb,
                                dayanacaq sonunda bu yel dəyirmanı..
                                Öləcəksən, xeyri nə...
                                Amma heyif bilirəm ki,
                                bir də çətin qayıdasan yanıma,
                                çiynimdəki yerinə...



                                Dənizdə görüşmək

                                Dünənləri say, ovuclarına ardıcıllıqla topla,
                                iynəyə sapla.
                                Əlavə yük olacaq xatırlanmayanda,
                                çünki onlar qalaq-qalaq toplanır hər gün.
                                ...Ya izlərimizi itirmək mümkün?
                                ...ya cavabında soyuq torpaqlara sürgün?
                                ...düşünmüsənmi?
                                Güllələnəcəyik...
                                Uzaq qaça bilsən, qaç

               260
   255   256   257   258   259   260   261   262   263   264   265