Page 259 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 259
üzə çıxmadan boğuldu
qoca balıqçıların tilova düşməyən balıq arzuları..
Səhər saat 10:27
Səhərdir... Dəniz...
Sevgimi yansıtdığım qağayılar da anidən
hissə-hissə, dəstə-dəstə ləkələdi
ağappaq göy üzünü.
Dəniz, ən qəddar baxışlarımı götür..
bu gün bir neçə balıqçı ailəsini ac qoyacağın üçün,
məndən sonra döy özünü..
Gecə saat 22:53
Soyuqdur. Qucaqla.
Şirin dodaqlarında illərdir həbs etdiyin
gizli sözlərinə əfv fərmanı verib,
onlarla məni büründür..
Gecədir, gecdir, gözlərimə düşən işıltın Şeirlər
nura boyadı bozarmış çöhrəmi.
Qalx, mayakları söndür.
Seymur Su.
Zaman, ya mən?
Əslində zaman dediyimiz
bizdən qaçır
dabanına tüpürüb.
Sən də onun ardınca.
Əslində sən zamanı sevirdin,
məni isə əsla..
Mənsə ayrılıqdan
illərcə yazdım,
həmin dayanacaqdakı
önünə
259