Page 24 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 24

Gənc yazarların ədəbiyyat almanaxı

               xa rladır. Duyğusallığı sı
ra endirməyə çalışan müəllifin təhkiyəsi hansısa ar q
               yazılmış mətnin printerdən  çıxması təəssüra  oyadır. Amma bu proses son model
               printerlərdə olduğu kimi səhifə-səhifə yox, klassik printerlərdə olduğu kimi cümlə-
               cümlə gedir. Hekayədə müəllif tərəfindən bilərəkdən yaradılan özəl psixoloji "aura"
               var, bu, onun aurasızlığıdır. Bu, hekayəni havası sorulub çıxarılmış şüşə qaba
               bənzədir. Elə bil ki, kriminal olaydan şoka düşən mətnin dili ba b və o, adama
               şüşə kimi donuq gözlərlə baxır.
                   "Monoton" isə göstərir ki, Ayxan daha zərif materiya qa nda işləyir. Ekspressiv
               ovqata köklənən hekayədə adamı üşüdən buz kimi soyuq nəfəs var. Qəfil ölən
               Da ko adlı şən, xeyirxah, baməzə gürcü də, onun ata itkisini dərk etməyəcək
               qədər körpə qızı da, taleyin qəfil zərbəsindən özünü i rən arvadı da nə vaxtsa
               yadımdan çıxa bilər, amma  hekayənin insanı iliklərinəcən üşüdən soyuq nəfəsini,
               yəqin ki, unutmayacam. Bəlkə də, müəllifin əsas məqsədi elə bu nəfəsi verməkdir.
               Bəlkə də, onun elə bir məqsədi-filanı yoxdur, sadəcə içindəki ölüm hissinin
               soyuqluğundan şüural  olaraq canını qurtarmaq istəyir.
                   Şüural  olaraq? Hə, düz eşitdiniz, məhz şüural  olaraq. Məsələn, Qan Turalı
               mətni daha çox əlləri ilə düzəldir – Yəhva Adəmi palçıqdan yoğurduğu kimi; ən
               yaxşı halda, başından çıxarır – Zevs Afinanı qafa tasından çıxardığı kimi. Ayxan isə
               özü də fərqinə varmadan mətnə canından can, ruhundan ruh verir. Buna görə
               Ayxanın mətni cümlə-cümlə gəlmir, bütöv halda, təbii şəkildə doğulur. Bu üzdən
               "Monoton" ölümdən danışsa da, canlıdır. B.Vahabzadənin diliylə desək, "başqa bir
               can verib İsaya sənət, ölü cəsədinin cansızlığında". Hekayənin anlamadığım tərəfi
               məzmunla bağlanmayan, ideyanı açıqlamayan, bir sözlə, havada yellənən başlıqdır –
               "Monoton"!
                   Zərif materiya ilə işləmək baxımından almanaxa daxil olan gənclər arasında
               Ömər Xəyyam xüsusi seçilir. Ömərin "Nağılın sonu nağıl" hekayəsinin altyapısında
               ölüm-dirim məsələsi durur. Onun yazıçı qəhrəmanı gələcək romanıyla bağlı
               ölümqabağı qorxu hissini prak kadan keçirmək istəyir və bu məqsədlə ölümə
               məhkum dustaqların həbsxanasına girir. Həbsxana işçiləri yazıçını aldadır və onu
               ölümə, doğrudan, məhkum edildiyinə inandırırlar. Oyuna düşdüyünü o, yalnız
               finalda bilir. Amma bu, sadəcə postmodern bir oyun deyil. Çünki postmodernist
               oyun nə cəsiz olur, burada isə nə cə var – qəhrəman ölməsə də, qorxudan,
               həyəcandan kor olur.
               24
   19   20   21   22   23   24   25   26   27   28   29