Page 337 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 337

Berta


                                              1.
               “Bu qızın görkəmi evimin füsunkar dəbdəbəsinə uyğun gəlmir” – təsadüfən eşitdiyi
           bu cümlə rahatlığını əlindən aldı. Addım-addım pillələri endikcə o cümlənin vahimə -
           sindən bədəni qızdırmalı kimi  trəməyə başladı. Özünü ələ almağa çalışdı. Ağlına gəldi
           ki, əlindəki sinidən bahalı qablar düşüb sınsa, ömrü boyu bu evdə işləsə də, ziyanı
           ödəyə bilməyəcək. Dayandı. Ömrü boyu... Bu evdə işləsə... Gülümsədi. Bayaq evin
           xanımı əri ilə danışanda  təsadüfən (təsadüfün zərurə n başlanğıc nöqtəsi olduğunu
           çox sonralar biləcəkdi) eşitdiyi cümlənin ürəyində açdığı yaranın göynər sini qisas
           düşüncəsi ilə üfürüb azaltmaq istəyiylə, əlindəkiləri sini qarışıq aşağı atdı. Qabların
           pillələrə dəyib sındıqca ətrafa səpələnməsi ilə könlünün qırıqlarına məlhəm sürtüldü
           elə bil. Həm də acı bir ümid yarandı bu evdə qalması üçün. Aşağıdan xadimələr,
           yuxarıdan ev saibləri pilləkənə yığışdılar. O, əllərilə üzünü tutdu ki, gülümsədiyini görən
           olmasın. Xanımın “Rədd ol bu evdən, özü də həmişəlik” dediyini eşitdi...
               Nifrət etdiyin, amma qalmağa məcbur olduğun yerdən qovulmaq nə ağır, nə də  Berta
           alçaldıcı imiş. Bir yandan şorgöz sahibinin daimi təqiblərindən qurtulduğuna sevinmək
           istəyirdi, amma hara gedəcəkdi? Bacılarından xəbəri yox idi, üz tutacağı kimsəsi
           qalmamışdı. Bu lənətə gəlmiş böyük şəhərdə on yeddi yaşlı, cılız bir qızcığaz təkbaşına
           neyləyə bilərdi? Harda yaşayacaqdı? Nə ilə dolanacaqdı? Sızıl lı düşüncələri dönüb-  Günel Xəzəl.
           dolanıb, is  bir yuvadan kimsəsizliyə, ordan da bir parça çörəyə adlayanda çörəkçi
           oğlanı xa rladı. “Bəlkə, o, kömək edər?! Heç olmasa, bir neçə gün qalmağa yer tapar...”
           Həmişə onunla mülayim danışar, yumşaq davranardı, üzü də elə hey gülərdi. Pis adama
           oxşamırdı. Ən qorxulusu qeyri-müəyyənlikdir. Hara gedəcəyini qə ləşdirəndən sonra
           elə bil azca rahatladı. Otağında əşyalarını toplayanda beynində hərlənən onlarla fikrin
           içindən biri ilişib ləngidi: axı o, bu evdəki bütün işçilərdən, lap evin xanımının özündən
           də gözəldir...
               Dar, yarıqaranlıq, xırda pəncərəli otağının nəm divarındakı ləkəli, köhnə güzgüdə
           özünün badamı, mavi gözlərinə, ipək kimi yumşaq, uzun sarı saçlarına, boynunun,
           sinəsinin ağappaq dərisinə, çəhrayıya çalan yanaqlarına diqqətlə baxdı.  “Füsunkar
           dəbdəbəsinə uymurammış!.. Axmaq ifritə! Özünün gonbul, yöndəmsiz bədənindən,
           qurbağa gözlərindən, donqar belindən xəbəri yoxdu, yəqin!” Sonra fikirlərini də
           boğçasındakı əşyaların arasına qoyurmuş kimi, yığıb-sahmanlayıb darvazaya yönəldi.
                                                                                337
   332   333   334   335   336   337   338   339   340   341   342