Page 338 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 338

Gənc yazarların ədəbiyyat almanaxı

                   Paxıllıq insanları ən azı pərəs ş qədər cılızlaşdırır. Bir xanımın qulluqçunun aşkar
               gözəlliyini danıb ona “eybəcər“ deməsi qısqanmasının, həsəd aparmasının aşkar sübu-
               tudur. Belə qısqanclıq istənilən adamın qiymə ni bir anda qara qəpiyə endirə bilər.
               Hə	a evdə Bertayla yola getməyən qulluqçular da xanımın onun gözəlliyindən, daha
               doğrusu, ərinin bu gözəlliyə biganə olmamasından qorxduğunu bilirdilər.
                   Həyət qapısına çatanda dönüb evə baxdı, hamı pəncərələrdən onun gedişini
               izləyirdi. Kiminsə getməsini izləmək orada qalanlardan biri olmaqdan daha çə n gəlir
               bəzən... Xüsusən də birinci mərtəbədəki mətbəxin pəncərəsindən baxan, bu evdə
               yeganə qayğıkeşi olan Stella xalanın – evin aşpazının bütün məyusluğunu, üzüntüsünü
               öz canında hiss edirdi. Yazıq qadın ev yiyəsinin qorxusundan onunla sağol laşmağa da
               çıxa bilməmişdi.
                   Deyirlər, ye min bəx  olsaydı, heç ye m qalmazdı. Megi həmişə deyərdi ki, hər
               çə nliyin ardında bir sevinc var. Sadəcə o an biz bunu anlaya, daha doğrusu, buna inana
               bilmirik. Tanrının ayrı-ayrı sınaqları önümüzə niyə çıxardığını çox sonralar başa düşürük.
               Çox adam daima deyinməkdən, taleyinə lənət oxumaqdan macal tapıb sınaqlar yolu
               ilə ona, ruhuna öyrədilənləri, vəd edilənləri dərk  edə bilmir. “Evdən qovulmağımın
               yaxşı tərəfi nə ola bilər? Ən azından, o axmaq Mr.Consun hər addımda mənə toxunmaq
               cəhdlərindən qurtulmuşam, alçaldılmaqdan, həsəddən uzağam. Hə, bir də, yaxşı ki,
               indi yaydı, lap uzağı, bir ağacın al nda da yatmaq olar. Bəs qış olsaydı, neynərdim?
               Əlim-ayağım salamatdı, heç yanım ağrımır, baxmalı olduğum xəstəm yoxdu...” Bu
               fikirlərlə canındakı narahatlığı səngitməyə çalışırdı. Özünü bu sayaq ovundura-ovun-
               dura, bir də baxdı ki, ayaqları onu çörək dükanına gə rib. Son tərəddüdlərinin üstünə
               “başqa çarəm yoxdu” – deyə çəmkirib içəri girdi. Bred onu görən kimi, yanına gəldi.
               Əlindəki boğçanı görəndə gülümsər üzündəki həlim ifadəyə bir az təəccüb qarışdı.
                   – Məni qovdular... Qalmağa yerim yoxdu. Sizin dükanda qala bilərəm, özümə yeni
               iş tapana qədər?..
                   – Hər cümlə fərqli bir rəng kimi oğlanın simasına yeni ifadə, gözlərinə təzə işıq
               dalğası yaydı. Berta danışdıqca oğlan onun təsəvvüründə məsum məxluqdan yır cıya,
               dovşandan pələngə çevrilirdi. Sonra da o təbəssüm. O tanış təbəssüm. Hə, xa rladı,
               əmisi... O da camaat arasında insan maskası taxır, ara seyrəlib təklikdə qalanda bu cür
               murdar baxışların, iyrənc təbbəsümün müşayiə ylə yır cıya dönürdü.







               338
   333   334   335   336   337   338   339   340   341   342   343