Page 339 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 339

2.
               – Bütün kənd onların ailəsinə hörmətlə, hə	a aşkar qibtəylə yanaşırdı. Atası əsil-
           nəcabətli zadəgan, anası da zəngin, nüfuzlu nəsildəndi. İki böyük bacısı, yenicə
           doğulmuş bir qardaşı vardı. Üçmərtəbəli, divarlarına ağ-qırmızı qızılgüllər sarmaşmış,
           geniş pəncərələri olan səliqəli, sadə, ancaq çox zövqlə bəzədilmiş mülkdə yaşayırdılar.
           Valideynləri olmayanda bacıları ilə birgə dayələrin əlindən sıyrılıb qaçmağı, ucsuz-
           bucaqsız meyvə bağlarından keçib, evin arxa səm ndəki meşəyə yüyürüb orada
           oynamağı çox sevirdilər. O meşə uşaqlara xas bəxtəvərliyin, qayğısızlığın unudulmaz
           anları ilə yadında qalmışdı. Bir də, hələ də ruhunda dolaşan xoş ətri ilə. Bağçalarındakı
           sünilik meşədə yoxdu. Təmiz, yaşıl ot əvəzinə, nəm, orda-burda tapdalanıb bir az
           soluxmuş otların, çiçəklərin, payızda isə xəzəllərin üzərində qaçmaq, oynamaq başqa
           aləm idi! Dayələri onları azmaqla, itməklə qorxutsalar da, meşədəki sərbəstlik, xoş ə r
           yenə də oraya çəkirdi balacaları. Həm də meşə onların “kiçik xanım” yox, adicə uşaq
           ola bildikləri yeganə yer idi. Burda bərkdən danışmalarına, bildikləri mahnıları qışqıra-
           qışqıra oxumalarına, yerdə oturmalarına görə kimsə onları danlamırdı. Üstəlik də
           yaxınlıqdakı kənddən gələn, onların yaşıdı olan əkiz qardaşlardan cürbəcür maraqlı
           şeylər öyrənirdilər. Zəhərli göbələyi yeməlisindən ayırmağı öyrənmək Meginin saatlarla
           haqqında söz açdığı an k dövr miflərindən qat-qat maraqlı idi. Bir gün də meşədə xeyli  Berta
           əylənəndən sonra evə qayıdanda həyətdə yad adamların toplaşdığını gördülər...
           Növbə  kübarlar məclisindən qayıdarkən at yoldan çıxıb dərəyə yuvarlanmışdı... Berta
           ye mliyin necə ağır olduğunu, uşağı bir gündəcə im yazsız, diqqətdən, nəvazişdən
           uzaq, həya n sərt sifə  ilə üzbəüz qoyduğunu dərk etmirdi, onda hələ cəmi 15 yaşı  Günel Xəzəl.
           vardı. O gündən Berta ilə  bacıları “kiçik xanım”dan ye mə, qəddar əmisi onlara qalmış
           var-dövlə  mənimsəyəndən sonra isə qulluqçuya çevrildilər. Əmiləri şərt kəsmişdi:
           “Əgər körpə qardaşınıza qəyyumluq etməyimi istəyirsizsə, könüllü qulluqçuluğa
           getməyə razılıq verməlisiz!”


                                              3.
               Taleyin qəribə dönüşləri olur, bunlara Tanrının məzəli oyunları da deyə bilərik.
           Dayəsi Megi həmişə deyərdi ki, qəza ilə qədəri qarışdırmaq olmaz. Sən qəzadan
           yayınmırsansa, buna qədər neyləsin?! Bred üstünə cumanda Berta zorla onun əlindən
           qurtuldu. Hara qaçdığını bilmirdi. Yüyürə-yüyürə  küçələri keçirdi. Qəflətən sinəsində
           küt ağrı hiss etdi. Gözü qızmış çörəkçiylə əlbəyaxa olanda da əlindən buraxmadığı
           boğçasını indi bu ağrının təsiriylə yerə saldı. Anasının tək yadigarı – saxsı Qu quşu

                                                                                339
   334   335   336   337   338   339   340   341   342   343   344