Page 343 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 343

Qoyun


                           əniz kimi dalğalanan, üzərinə şeh düşmüş otlar və başı üzərində
                           buludsuz mavi səma, cənnət kimi bir yer. Bura haradır? Bir qoyunun
               D yaşamaq istədiyi otlaq. Qoyun adının ona nə vaxt verildiyindən
           xəbərsiz idi. Qışın son ayında şaxtaların mülayimləşdiyi bir gündə dünyaya göz açmışdı.
           Üst-başı selik içində olan şirin varlıq idi. Sonra ilk olaraq qabaq ayaqlarını möhkəmcə
           yerə basmış, arxa ayaqları isə çəlimsizlikdən güclə dikəlmişdi. O doğulanda çəmənliklər,
           otlaqlar yox idi. Onu quzu adı ilə çağırmışdılar. Anasının quzusunu hamı çox sevmişdi.
           Onu doğulduğu soyuq tövlədən çıxarıb isti evə aparmış, dünyanın ən şirin quzusuna
           odun peçinin yanında yer düzəltmişdilər. Bu evin uşaqları onunla o qədər oynayırdılar
           ki, yazıq yorulub əldən düşürdü. Anasını ancaq yemək vaxtı görürdü. Amma günü o
           qədər xoş keçirdi ki, anası heç yadına da  düşmürdü. Evin balacaları quzunu əmziklə
           yedizdirirdilər. Həyat bir içim su kimi udulur, balaca quzu qoyuna çevrilirdi. Qısa ev
           həyatından sonra yaz gəldi. Quzu yaşıl otlaqlarla tanış oldu. İlk dəfə tövlədən evə
           köçəndə oranı özünə daimi məskən sanmışdı. Sonra yaşıl çəmənlikləri görmüş və oranı
           heç vaxt tərk etmək istəməmişdi. Otlaqlara getmək üçün çıxarkən neçə-neçə şaxtalı,
           boranlı günləri geridə qoymuş, hər hərəkətlərində ehtiyat, qorxaqlıq duyulan yaşlı  Qoyun
           qoyunlardan fərqli olaraq, tövlə qapısından birinci çıxmağa çalışmışdı. Hər yerdə digər
           qoyunları ötmək istəyirdi. Sonra fəsillər bir-birini əvəz etdi, çəmənliklər yox oldu.
           Qidalandığı torpaq qoxusu gələn tər otların yerini saralmış quru otlar əvəz etdi. Uşaqlar
           da artıq onunla oynamaq üçün bir-biriləri ilə dalaşmırdılar. Vaxt keçir, o böyüyürdü.  Günel İmran.
           Hər şeyin təkrarlandığına öyrəşir və artıq əvvəlki kimi hər zaman önə atılmağa səy
           göstərmirdi. Soyuq günlər keçir, yenə istilər gəlirdi. Günlərin birində digər qoyunlarla
           birlikdə onu çayın kənarına aparmış dılar. Çobanlar suyunun dayaz olduğu yerdə çay
           daşlarını yığaraq, çay axınından ayırdıqları kiçik gölməçəyə qoyunları tək-tək gətirir,
           suda qaçmasınlar deyə onların ayaqlarını tutaraq tər-təmiz olanadək çimizdirirdilər.
           Adi vaxtlarda su içərkən həyatından razı halda sərinləyirdisə, çayda çimizdirilərkən
           boğazına dolan su onda boğulmaq qorxusu yaradır və öz qoyun həyatı uğrunda
           mübarizə aparırdı. Sonra təhlükə sovuşmuş, onu sudan çıxarıb, yunu qurusun deyə
           günəşin altında digər qoyunlarla birgə sıraya düzmüşdülər. Onun qoyun başı gündən
           qaynamaq üzrə idi. Sonra qoyunları dincəlmək üçün nəhəng bir ağacın kölgəsinə
           vermişdilər. Qoyun isə tərtəmiz, təravət qoxan yununa baxmış, özünü quzu
           vaxtlarındakı kimi sevimli hiss etmişdi. Ona göstərilən qayğıdan ərköyünləşməyə macal
           tapmamışdı ki, sahibi əlində qayçı gəlmişdi. Qoyun keçəl qaldığına görə suyu müqəssir

                                                                                343
   338   339   340   341   342   343   344   345   346   347   348