Page 348 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 348

Gənc yazarların ədəbiyyat almanaxı

               bölüşmürdü. İşi çətin, ürəyi dolu olsa belə, ancaq susardı.  İçində qocalıb əldən düşmüş
               ürəyi, “hələ yaşa, zaman yetincə gedəcəksən”, – deyirdi. Həm də beyninə dolan ağır
               sirr yükü ömrünün sonuna qədər yolyoldaşı olmalıydı onunla.
                   Zəhmətinin bəhrəsini görürüdü hələ də. Zadəganlar ölümlərindən öncə
               mumiyalanmalarını ona sifariş edərdilər. Qızıla, gümüşə tutulan kahin bir xuruşa belə
               toxunmazdı. Heç gözünün ucuyla da onlara baxmazdı. Gücü özünə çatardı. Ağzını daha
               möhkəm düyünləyərdi.
                   Deyilənə görə, qədim misirlilər meyitin ürəyinə toxunmazdılar. Daha doğrusu, ürəyi
               qipslə bərkidib yenidən sinədə yerləşdirərdilər. Ürək qipsə alışana qədər meyitləri
               günəş altında qurudar, bədənin rütubətinin tamamilə yox olmasını gözləyərdilər. Sonra
               isə ənənəvi işlər: on beş gün ərzində sarğı ilə meyiti sarımaq, balzamlamaq və ətirləmək.
                   Göz oyuqlarının yerinə qiymətli daşlar yerləşdirər, kişiləri qırmızı, qadınları isə sarı
               rənglə boyayardılar. Vaxtilə dirilik rəngi sayılan və ölülərin üzünə çəkilən yaşıl boya
               sonralar qızıl maskalarla əvəzlənmişdi. Onlar ölümdən sonra da yaşamın olmasına çox
               inanardılar.


                                                 * * *
                   Uzaq keçmişdə Misir üzərinə bəla xəbəri gəlmişdi. Bu xəbər öncə saray keşişləri
               arasında yayıldı. Gənc Tutanhamonun ölümünə heç kim inanmaq istəmirdi. Həm də
               on doqquz yaşlı bir gənc birdən-birə niyə ölsün ki?
                   Ölkəni çaxnaşmaya salmamaqdan ötrü xəbər kütlədən gizlədilirdi. Hakimiyyət
               uğrunda mübarizənin kəskinləşdiyi bir zamanda bunu söyləmək ölkənin müqəddəratını
               sual altında qoymaq idi.  Yalançı fərmanlar imzalanırdı, əmrlər verilirdi. Tutanhamonun
               qiyafəsinə bürünmüş başqa bir insan Misir küçələrini kəcavə üzərində dolanırdı.
               Hörmət əlaməti olaraq başını aşağı dikən xalq üçün əslində onun varlığı ilə yoxluğunun
               elə bir önəmi yox idi. Çünki ali dərkə malik insanlardan fərqli olaraq sadə ömür sürən
               qara camaat sürü həyatı yaşayırdı. Hətta taleyi belə başqa əllərdə olan bu insanların
               düşünməyə də zamanları yox idi. Kotan sür, yer bellə...
                   Bu müddət ərzində fironun şərəfinə tikilən ehramda tamamlama işləri gedirdi.
               Rəssamlar, nəqqaşlar öz əməklərini sərf edərək gənc Tutanhamon üçün yatacaq
               hazırlayırdılar. Saray içində ölü və ağrılı sükut hökm sürürdü.
                   Budur, gənc Tutanhamon Nil çayı ilə  ölülər diyarına yola salınır. Sıra ilə düzülmüş
               qullar fironun tabutunu çiyinləri üzərində qayığa tərəf aparırlar. Geyiniləcək paltarları –
               silahları, atı onun yanında – sərdabədə gömülməliydi.
               348
   343   344   345   346   347   348   349   350   351   352   353