Page 347 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 347

Tuten xatun


                                               Nə azadam bu aləmdə, nə də ixtiyarım var.
                                        Nə qüssə əl çəkir məndən, nə dildə bir qərarım var.

                                       Dilim bağlı, gözüm bağlı, qulağım kar, üzüm gülməz.
                                           Günə həsrət qalan günsüz, səfasız laləzarım var.
                                                                      (Bir müəllifdən)

                 Əmon. Amon. Ay Amon.
                 Külək danışır...


                            isir dünyanın ən sirli məkanlarından biridir. Sarı qumlu səhra
                            üzərində yerləşən bu yerin yaşını heç kim bilmir. Deyilənə görə, izi
               M itirməkdən ötrü Tanrı buraları qum səhrasına çevirib. Kim bilir, bu
           dövrümüzə kimlərin ləpiri daşlaşmış şəkildə gəlib çatacaq?
               Gün vuran səhra qumu üzərində ilanlar sürünür. Onların cızdığı müvəqqəti naxış
           bir müddət sonra əsən küləklə yox olur. Qızmar günəş altında gözlərin qaralır.
               Uzaqlara baxdıqca sonsuzluqdan usanırsan. İçinə çökmüş istilik həm də sənə xoş  Tuten xatun
           gəlir. Həmin anda Məcnuna dönürsən. Yalnız zınqırov səsi gələndə sevinirsən. Səhrada
           tək deyilsən.
               Qoca Dadon dizlərinin ağrısını unutmaq üçün onları quma basdırardı. İstilik canına
           elə yayılardı ki, canı qızışardı. Başının üzərində iki qara qul çətir tutardı daima. Günəş
           yalnız dizlərini isidərdi Dadonun. Qocalıq pis şeydi. İnsanın içinə çöküncə yaşı bilinməz.  Günel Eyvazlı.
           Bir də elə bir qoca ruhlu cavan görərsən ki, öz halına baxıb şükür edərsən.
               Dadonun cavan ruhu var idi. O, şeirlər yazıb, nəğmələr qoşardı. Misir əkinçiləri
           əməklərinin yüngül olması üçün zümzümə edərdilər onları. Gizlicə. Asta, çox asta. Çünki
           ruhu oxşayan ilahi nəğmələr qara kütlə üçün nəzərdə tutulmamışdı. Bu nəğmələrə
           fironlar qulaq asmalı, bu kəlmələri fironlar eşitməliydi.
               Dadonun nə az, nə çox, yüz əlli yaşı var idi. Dərd ortağı kahin babası idi. Kahinin
           qocalıb əldən düşməsinə baxmayaraq, hələ də ağlı üstündə idi. O, məbəddə fironların
           dəfninə nəzarət edər, onları mumiyalayardı. Mumiyalamanın yetmişinci günü bitənə
           qədər məbəddən bir addım belə çölə atmaz, çörəyini, suyunu orada nuş edərdi.
               Kahin bir zamanlar sarayın ən adlı-sanlı adamlarından biriydi. İndi isə saray mühitini
           məbəd sükutu ilə əvəzləmişdi. Heç nə danışmırdı, fikirlərini, düşüncələrini heç kimlə

                                                                                347
   342   343   344   345   346   347   348   349   350   351   352