Page 357 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 357

Tanımal Mustafa


                            ustafa kişi bu səhər yuxudan yaman narahat oyanmışdı. Elə bil
                            yekə bir boşluq ağrı olub dolmuşdu qarnının içinə. Gecə ilə səhərin
               M arasında, torpaq hələ canındakı istiliyi son nəfəs kimi havaya
           tapşırmamışdan bir xeyli qabaq çarpayısından diyirlənib sağ böyrü üstə döşəməyə necə
           dəymişdisə, özü də mat qalmışdı bu işə. Bir xeyli eləcənə sərili qalmışdı. Handan-hana
           durub taytaya-taytaya çölə çıxmış, nərdivanın başında çöməlib oturmuşdu.
               Mustafa kişinin – camaatın ağzıyla desək, “Tanımal Mustafanın” hər günü,  demək
           olar ki, eyni qaydada başlar və elə eyni qaydadaca sona çatardı. Hər səhər hamıdan
           qabaq, alaqaranlıq oyanar, sırıqlısını çiyninə keçirib elə burda, bu nərdivanın bu
           pilləsindəcə domuşub oturardı. Səhərin bu sakitliyi darıxdırardı Mustafa kişini. Elə bil
           dünyada hamı ölüb, bircə sən sağ qalmısan. Hara gedəsən, nə iş tutasan ki, Allaha xoş
           gedə?! Tanımal Mustafa elə darıxırdı, heç olmayan kimi. Bəzən isə qəsdən ucadan
           öskürürdü ki, bəlkə, kimsə səsə oyana, gəlib beləcə çöməlib otura yanında.
           Öskürməkdən bir şey hasil olmayanda da sırıqlısının cibindən müştüyünü çıxarar,
           əvvəlcə ağzına tutub bir-iki dəfə var gücüylə üfürərdi ki, içindəki tütün qırıntıları yerə
           tökülsün. Papiros qutusundan bir papiros çıxarıb taxardı müştüyünə, ehmallıca qoyardı
           damağına. Sonra da o biri cibindən kibrit qutusunu çıxarardı, yavaşcana silkələyərdi ki,
           içinin boş və ya dolu olduğunu yəqin etsin. Qutudan bir kibrit dənəsi çıxarıb sürtərdi  Tanımal Mustafa
           qaloşunun böyürünə. Elə ilk cəhddəncə alışdırardı. Papirosdan bir yağlı tüstü dartıb
           yerindəcə qurcuxardı. Bu nə qurcuxmaq idi, ya Rəbb! Elə qurcuxardı ki, deyərdin, kişinin
           altında kələ-kötür bir şey qalıb. Sonra ağzını ac sərçə balası kimi carradan açardı, tüstü
           bu səhərin sakit havasında burula-burula qalxardı yuxarı, elə bilirdin ki, bir ruhdu, çıxır
           bədəndən. Tüstü qatar-qatar olub üz qoyardı eşik darvazasına tərəf.
               Busəhərki həngamədən bir Allah bəndəsi xəbər tutmamışdı. Bircə evin kiçik qızı,
           Tanımal Mustafanın nəvəsi Sitarədən başqa. Onda Sitarə hələ oyaq idi. Sabahkı günün  İkinci Mahmud.
           həyəcanından yuxusu ərşə çəkilmişdi bu gecə. Bax beləcə, səhərəcən yerində fır-fır
           fırlanıb qalmışdı. Sevgilisi ilə telefonda danışa-danışa xumarlanmışdı.  Daha doğrusu,
           telefonun o başındakı adamın danışdıqlarına qulaq verə-verə yerində qıvrılmışdı ilan
           balası kimi. Nə gözəl şeylər idi danışdıqları! Adam istəyirdi ki, heç dayanmasın.
           Ürəyində “hə, hə, dayanma!” desə də, oğlanın üstünə çəmkirmişdi yalanmışdan:
               – Ədə, mənə elə şeylər danışma!
               Bax beləcənə səhərədək nə oyunlardan çıxmışdılar, bir Allah bilir. Sitarə bir xeyli
           təzə söz eşitmişdi. Eşitdikcə də xoş bir sızıltı yanaqlarından başlayaraq üz qoymuşdu
           ayaqlarının arasına doğru. İlişib qalmışdı oradaca. Elə bil bu qızcığazın sevgi dolu ürəyi
                                                                                357
   352   353   354   355   356   357   358   359   360   361   362