Page 352 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 352

Gənc yazarların ədəbiyyat almanaxı

                   – O, sənin dostun, qardaşındır. Sənin ona olan sevgindən, hörmətindən belə
               döyünür.
                   – Ola bilər...
                   – Böyüyəcəksən, keçəcək.
                   – O zaman tez böyümək istəyirəm. Çox tez. İncidir.
                   Atasının xəstəliklə əlbəyaxa olduğu bir dövrdə şəcərə ardıcıllığı Tuten xatuna keçir.
               O, Amon Allahının şərəfinə Tuten xatundan Tutanhamona çevrilir. Taxta çıxmasından
               iki il sonra isə Exnaton keşişlər tərəfindən bıçaqlanır.
                   Onun gözü qarşısında Exnatonun səltənətindən qalmış abidələr, izlər məhv olurdu.
               Hər şey yerlə yeksan olurdu. Exnaton Misir tarixindən silinirdi.
                   Bəlkə də, Tutanhamon bu səltənətin sonuncu hökmdarı idi. Bəlkə də, tarix onun
               atasını unudan kimi, bir gün Tutanhamonu da unudacaqdı? Şəninə ucaldılan abidələr
               Exnatonun abidələri kimi yerlə yeksan olacaqdı? Kim bilir...
                   Amma belə olmur. Tale, qismət onu Misir tarixi üçün sona qədər qoruyub saxlayır.
               Sərdabəsindən bir xuruş belə oğurlanmır, talanmır. Çünki qız doğulub kişi həyatı
               yaşamağın ağırlığını çəkən zərif çiyinlər qarşısında bütün bəşəriyyət günahkar idi.



                                                 * * *
                   İndi, vaxtilə hamını öz cazibəsinə salmış Tutanhamon qoca kahinin qarşısında ölü
               vəziyyətdə, cansız varlıq kimi uzanmışdı. Kahin beş gün ərzində qarşısında olan gənc,
               baxımlı bir varlıqdan ancaq zövq almağı bacarırdı. Onun bədənini deşməyi, yaralamağı
               fikrindən belə keçirmək istəmirdi. Kömək üçün gələnlərin hamısı geri göndərilmişdi.
                   Dininə, dövlətinə sadiq kahin yerdə qalan ömrünü susaraq keçirməli, qarşısındakı
               on doqquz yaşlı gəncin həyat hekayəsini özü ilə birgə dəfn etməli idi. Amma necə?!.
                   Söz, sirr elə bir bıçaqdır ki, içəridən səni yaralayır. Qoca kahin bu böyüklükdə
               ağırlığın öhdəsindən gələ bilmirdi. Ona görə sevimli nəvəsi Dadon onun daxilində
               gizlənən sirrinin daşıyıcısı oldu. Dadon ona nəql olunan hekayələri mətnlərdə,
               nəğmələrdə səsləndirirdi. Zərif Tutanhamonun həyat hekayəsi dodaqdan-dodağa
               qonub yayılırdı. Bu ilahi nəğmələri dinləyən Misir xalqı həqiqətdə onların kimə aid
               olduğundan xəbərsiz idi.






               352
   347   348   349   350   351   352   353   354   355   356   357