Page 361 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 361

minnətə? – rəisin qəbuluna. Şahsuvar müəllim də kişinin sözünü yerə salmazmış.
           Beləcə Mustafa kişi tanımallığı sayəsində özünə yaxşıca hörmət qazanıbmış. Hə, hər
           şey bax beləcənə olubmuş.
               Mustafa kişi yatsa, yuxusuna da gəlməzdi ki, Şahsuvar müəllimlə duz-çörək kəsə
           bilər. Bütün kənd bilir ki, bu tayfadan hələ fərli bir kişi çıxmayıb. Mustafa kişinin atasına
           mizik Məhəmməd deyərmişlər. Nədən ki, Məhəmməd kişi mizik iyi verərmiş. Qoxusu
           baş salarmış, bu qoxu canından əskik olmazmış. Elə bil bu, bir lənət imiş, giribmiş bu
           atauşağının canına. Miz qoxusu 40 metrdən vururmuş adamı. Miziklilər deyərmişlər
           bu tayfaya. Mustafa kişininin tanımallığı olmasaydı, bu ləqəbi ona da yapışdıracaqdılar.
           Özü də necə yapışdıracaqdılar, bir Allah bilir. Lap miz iyi verməsə də, hamı mizik
           Mustafa çağıracaqdı onu. Hamı da əmin olacaqdı ki, Mustafa da miz iyi verir ata-
           babaları kimi. Amma bir Allah şahiddir ki, Mustafa kişidə mizik qoxusundan əsər-əlamət
           yox idi. İndi bütün bunları Mustafa kişi öz beynində çək-çevir edə-edə anlayırdı ki, onun
           qanına girən Şahsuvar müəllimdi. Şahsuvar müəllim bir Allah payıdır ki, çıxıb qabağına.
           Ona görə də səhər-axşam dua edirdi ki, Şahsuvar müəllimin canını sağ, işini nizam
           eləsin. Mustafa kişi – tanımal Mustafa şükür etməyi də unutmurdu. Oturub-durub Al-
           laha şükür edirdi ki, bu istedadı ondan əsirgəməyib. Mustafa kişi yaxşi bilirdi ki, onun
           bu fani dünyada tanımallığından savayı, bir özgə məziyyəti yoxdur. Dərin-dərin xəyallara
           baş vuranda bircə şeylə təskinlik tapırdı. Ölümünü düşünürdü Mustafa kişi,  hər
           düşündükcə də, elə bil qulağına səslər gəlirdi: camaat Mustafa kişini torpağa tapşırıb  Tanımal Mustafa
           qayıdır... Şenlik kəndin qulağına çathaçatda kimsə sükütü pozur:
               – Həəə! Mustafa kişi də belə getdi... Rəhmətlik yaman tanımal kişi idi. Ey gidi
           dünya!
               Hamı da bir nəfər kimi bunu təsdiq edir:
                                                                                         İkinci Mahmud.
               – Hə, yaman tanımal kişi idi rəhmətlik!
               Bu sözləri eşidən kimi olurdu Mustafa kişi və həyatı boyu çəkdiyi bütün əziyyətlər
           bir anın içindəcə şirin xatirəyə çevrilirdi...
               ...Mustafa kişi xəyallardan ayrılanda günortaya az qalırdı. Hazırlıq işlərinin çoxu
           qurtarmışdı. Sitarə qırmızı donunu geyib dalkı olacaqda eləcənə oturmuşdu. Axşamkı
           söhbətləri xatırladıqca məsum bir gülüş gəlib qonurdu dodaqlarına, ana qaranquş
           yuvasının qırağına qonan kimi. Tut ağacının altında uzun bir masa qurulmuş, üstünə
           boşqablar düzülmüş, manqaldakı kababın qoxusu həyətə yayılmışdı. Kənd uşaqları bu
           qoxunu ciyərlərinə darta-darta qulaqlarını şəkləyib qonaqların gəlişini bildirən siqnal
           səslərinin intizarını çəkməkdə idilər...
               Mustafa kişinin tanımallığı, sözsüz ki, bu adamların ən maraqlı əyləncəsi idi. Hamı
           gözləyirdi ki, indicə Mustafa kişi darvazanın qabağında dayanacaq, gələn qonaqların

                                                                                361
   356   357   358   359   360   361   362   363   364   365   366