Page 353 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 353

Külək gəlir, külək gedir
                                  Sən gəlirsən, tələsirsən.
                                  Mən yazığam, mən nökərəm,
                                  Sən ağasan, sevilirsən.
                                  Mən susuram, susmalıyam.
                                  Sən danışma, danışarlar.
                                  Bu allahlar yenə gəlib,
                                  Taleyimə qarışarlar.
                                  İndi gecdir, mən ölürəm.
                                  Salamat qal, salamat ol.
                                  Mən bilirəm, sən sevirsən,
                                  Ağrılara alışqan ol.
                                  Bəlkə, geri dönən zaman
                                  Mən həyata, mən həyata
                                  İsidatək dönəcəyəm.
                                  Sən belə qal, sən belə qal.
                                                                                         Tuten xatun
                                             * * *

               Hər şey belə olmuşdu... Kahin danışır

               Exnatonun qarışıq röyasını yozan Haumata onu qız övladının dünyaya gələcəyindən
           xəbərdar etmişdi. Exnaton övladı doğulana qədər əsəb və gərginlik içində dolaşırdı.
           Həm də yuxusunun səhv yozulması ilə özünü aldadırdı. Nəhayət, doğum vaxtı yetişincə,
           bu işdə yardım etmək üçün çağırılan kənizlər uşaq dünyaya gəldikdən dərhal sonra  Günel Eyvazlı.
           edam edilirlər. Sirrə şahid olanlar  arasında yalnız kahin sağ qalır.
               Exnaton öz bacısı ilə evlənmişdi. Uzun müddətdir bir-birinə qan qohumluğu ilə
           bağlanan şəcərə artıq məhv olmaq üzrə idi. Exnatonun həyat yoldaşı ard-arda iki dəfə
           ana olmağa hazırlaşır və hər iki körpə doğulmadan ana bətnindəcə ölürdü. Üzgün
           Exnaton arvadının üçüncü hamiləliyində onunla daha diqqətli davranmağı əmr etmişdi.
           Gördüyü yuxu onu məyus etsə də, uşaq doğulmamışdan onun gələcək hayatını özü
           yazmışdı. Dünyaya gələn qız övladına oğlan adı verir, doğulduğu gündən ona oğlan
           libası geyindirilir.
               Misir fironu Exnaton bir müddət sonra yeniyetmə olacaq qızının dikəlib göz
           deşəcək yerlərini gizlətməyin yolunu fikirləşirdi. Onun sinəsinə dağ basmağı mənə

                                                                                353
   348   349   350   351   352   353   354   355   356   357   358