Page 37 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 37

indi hanı yastığa hopmuş qadın?
                       hanı çarpayıya hopmuş dustaq?
                       hanı ağ kəfənə hopmuş şəhid?
                       hanı?
                       hanı?
                       hanı?




                       Günahın cazibəsi

                       Şüurun səhrasında azmış kor yolçu,
                       Bu, ölümdür – əzabların gizlində qabıq dəyişməsi
                       Yeni mövsümdür – budur, yeni libasdadır köhnə əzablar
                       Yoxdur daha ağrının qəzəbli suallarına
                       Qorxunun verdiyi miskin cavablar.
                       Burda heç kim başqasının deyil, hamı,
                       Özünündür... özünündür.                                           Şeirlər
                       Bu, ölümdür!

                       Ay batan günəşin ahı kimi qalxdı qədim dağların köksündən
                       Və sən,                                                           Aqşin Yenisey.
                       Şüurun səhrasında azmış kor yolçu,
                       Həyatda yapışacaq daha heç nə yox ikən
                       Nədən birdən-birə çoxaldı əllərin?
                       Yalvardı, ayaqlara yıxıldı, divarlara yaxıldı,
                       Barmaq-barmaq əzildi, dırnaq-dırnaq yox oldu əllərin.
                       İndi səni kim göməcək zamanın sazağında
                       buxarlanıb quma dönən daşlara
                       Son tikəni kim atacaq bir vaxtlar qaraltına hürən itlərə,
                       Başını qanadının altına soxub
                       tək ayaq üstə mürgüləyən quşlara?
                       Bütün sevgilər öləcək qoşulub ümidlərə.
                       Şüurun səhrasında azmış kor yolçu,

                                                                                 37
   32   33   34   35   36   37   38   39   40   41   42