Page 38 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 38

Gənc yazarların ədəbiyyat almanaxı

                           Xəstəlik – xurafatdır, guya ölüm hökmünü yüngülləşdirən cəzadır
                           Ya da Tanrıya gedən yolda insanın törətdiyi qəzadır.
                           Xəstəlik – ölümə qarşı bədəndə baş qaldıran üsyandır.
                           Necə ki ayrılıq ağrısı sevgi hissini ölməyə qoymur.
                           Xəstəlik – yaşanmaqdan yorulmuş ömrün
                           Dincini aldığı ağrılı andır.
                           Necə ki ayrılıqlar olmayanda sevgilər tez yorulur.
                           Xəstəlik – ayaq izləri kimi
                           həmişə insandan geridə qalan zamandır.
                           Necə ki unudulmuş qadınlar bir kişi sevgisinin
                                               ot basmış ləpirləridir.

                           Şüurun səhrasında azmış kor yolçu,
                           Mənim də sənin sayaq
                           İllərdir yadımdan çıxıbmış yaşamaq
                           İllərdir üstümdə gəzdirirmişəm öz-özünə əl çalan bədənimi
                           İllərdir səni gözləyirmişəm
                           Divarda gələcək zamanı gözləyən yatmış, qədim saat kimi.


                           Əllərinin arxasınca düşüb gedən
                           Şüurun səhrasında azmış kor yolcu,
                           Axır ki, sən də vətəninə qayıtdın
                           heç kimin heç kimi görmədiyi,
                           yəni heç kimin doğulmadığı, heç kimin ölmədiyi
                           küçələrində havadan tuta-tuta yeriyən korlar şəhərinə.
                           Məni atıb gedənlər də bir-bir geri döndülər.
                           Elə bil ilanlar bir zamanlar sancdığı
                                        bədənlərdəki zəhərinə qayıtdı.

                           Şüurun səhrasında azmış kor yolçu,
                           Mən indi günahın cazibəsinə həsr olunmuş
                           qüssə və tövbə dolu bir şeirin son misrasıyam...
                           Tanrının insana əlvidasıyam.


               38
   33   34   35   36   37   38   39   40   41   42   43