Page 39 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 39

Xoşbəxtlik


                       Bəlkə, quşlar da
                       Özünü öldürmək istəyir hərdən
                       Ağacların başından ataraq
                       Nə böyük bədbəxtlikdir
                       Uçmaq

                       Bəlkə, ən böyük dərdidir
                       Ağacların tək ayağı
                       Bəlkə də, bizim kimi
                       Dünyanı görmək istəyidir

                       Ancaq nə bir quş özünü öldürə
                       Nə bir ağac dünyanı görə bilib hələ
                       Ay qardaş,
                       Biz nə xoşbəxtik                                                  Şeirlər
                       Dünyanı görmək
                                                                                         Aqşin Yenisey.
                       Və özünü öldürmək imkanımızın
                       Çoxluğu ilə...



                       Bir qadının yoxluğu


                       İlin on iki ayını otuz günə vur
                       Sonra günlərin cəmini iyirmi dörd saata
                       Saatların cəmini altmış dəqiqəyə
                       Dəqiqələrin cəmini altmış saniyəyə
                       Və nəticəni oxu
                       Gör nə böyük ədəddir bir qadının yoxluğu...






                                                                                 39
   34   35   36   37   38   39   40   41   42   43   44