Page 41 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 41

Yad şəhərdə


                         Səhərlər durub tanımadığımız
                         Bir şəhərin
                         dar küçələrini süpürürük, zibilini daşıyırıq

                         Gecələr
                         Oyanıb dərisini gün yandırmış
                         Qıvrım cod saçlı yetim uşaqlara
                         Ən xoşbəxt şahzadənin nağılını danışırıq...

                         Kimsə gəlməlidir.
                         Günlər uzanır və heç kəs gəlmir.

                         Geriyə baxmaq dəhşətlidir.
                         Görürsən ki,
                         İllər öncə qulağını qatar relsinə dirəyib                       Şeirlər
                         Qatarın səsini dinləməklə
                                                                                         Alik Əlioğlu.
                         Uzaqlar arzusunda yaşadığınçün
                         Səni gətirib uzaqlara atıblar...


                         Görürsən ki, yiyəsizsən...

                         Görürsən ki, bu amansız məhəllədə
                         Günbəgün itlər də yoxa çıxır,
                         Pişiklər də...
                         Bilmirsən öldürürlər, ya azdırırlar...
                         Və sən
                         Bilmirsən hönkürüb ağlayasan
                         Ya sadəcə kədərlənəsən...

                         Elə bir doğma adam gəlməlidir ki,
                         Onu öpmək yox, qoxulamaq istəyəsən.

                                                                                 41
   36   37   38   39   40   41   42   43   44   45   46