Page 22 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 22

Gənc yazarların ədəbiyyat almanaxı

               yavaş açılır və oxucu söhbə n bitdiyini düşünür, amma finaldakı qəfil "partlayış"
               aldandığını ona başa salır.  Beləliklə, he ka yədə açılış iki dəfə gedir. Qəhrəman öz
               i yini bu itki ilə daxilən barışandan sonra tapır. Problem öncə insanın daxilində
               psixoloji həllini, sonra isə zahiri olaylarda gerçək çözümünü tapır. Yəni Cavid
               Flober süje  ilə Mopassan finalını birləşdirir. Məhz bu novella finalı gənc nasiri re-
               alist-psixoloji nəsrimizin  floberlərindən ayırır.
                   Bununla belə, Caviddə bəzən dilə, üsluba aludəlik duyulur. Məncə, ən yaxşısı
               odur ki,  nasirin apardığı dil əməliyyatlarını oxucu hiss etməsin, bizim üçün həyatda
               ən zəruri şeyin – udduğumuz havanın fərqində olmadığımız kimi. Hava kimi, üslub
               da ça şmayanda hiss olunmalıdır. Cavidin hekayəsinin dili bəzi yerlərdə qədərindən
               ar q "şairanə" görünür və buna uyğun olaraq təhkiyənin ürək döyüntüləri normanı
               aşır.  Əslində bu sözlər tənqid yox, tərifdir. Demək, Cavid yazmağı ar q bacarır,
               indi isə pozmağı öyrənməlidir.
                   Əgər yeni nəsil nasirlərin Mendeleyev sistemini yaratsaq, Cavid və Vüsala ən
               yaxın xanaya "Tanımal Mustafa" hekayəsinin müəllifi İkinci Mahmudun adını
               yazmaq lazım gələrdi. Mahmudun hekayəsi təkcə ilginc bir olay yox, həm də
               xarakter üstündə qurulub. Hekayənin, hə	a saymağı belə bacarmayan qəhrəmanı
               Mustafa kişinin qəribə bir qabiliyyə  var – davara baxıb sahibini, uşağa baxıb
               babasını tanıyır, yəni Tanımaldır. Bu xalq gene ki qeyri-adi qabiliyə nə görə
               mahalda hörmət qazanır, bir çox oğurluq hadisələrinin açılmasına kömək edir.
               Amma  onun zinadan doğulanların əsl valideynini təyin etməsi adamları çaş-baş
               salır. Onlar həqiqə  eşitmək istəmir, üstəlik də Mustafanı qocalıb ağlını i rməkdə
               suçlayırlar. Buna dözməyən qoca dünyasını dəyişir və həqiqətləri özüylə qəbirə
               aparır.
                   Mahmud dil-üslub baxımından yetkindir, problem qoyub onu həll etməyi
               bacarır, oxunaqlıdır. Bununla belə, "Tanımal Mustafa"da olduğu kimi, gah 80-ci
               illər mövzularına üz tutur, gah da fantas kaya sıçrayaraq, "Ubermenşagen"
               hekayəsini yazır. Hər iki halda da müasirlik pərdəsindən bir az kənara çıxır, bir az
               xaric səslənir. Çünki söhbət realist nəsrdən gedəndə sənə n nəbzi bu iki əks qütb
               arasında döyünür və istedadın bir əlamə  də bu nəbzi tutmaqdır. İnanıram ki,
               Mahmud sağa-sola dar nmalardan qurtarıb, zamanla ortaq dil tapacaq. Çünki,
               zənnimcə, o, ciddi nəsrə iddialı bir neçə istedadlı cavandan biridir.
               22
   17   18   19   20   21   22   23   24   25   26   27