Page 23 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 23

Həya n nəbzi məsələsini daha çox "Berta" hekayəsinin müəllifi Günel Xəzələ
           və "Heçliyin əfsanəsi" hekayəsinin müəllifi Svetlana Turana şamil etmək olar. Hər
           iki xanımın səlis dili, cəlbedici təhkiyəsi var. Hər ikisinin hekayəsi maraqlı olaylar
           üstündə qurulub. Amma bu olayların, xüsusən də Günelin hekayəsinin çağdaş
           Azərbaycan insanının həya na dəxli varmı?
               Günel bizə ba  ölkələrindən birində baş verən ailə-məişət intriqasından
           danışır. Qulluqçusu Bertaya zülm edən xanım Elza müflisləşərək, axırda özünün
           keçmiş qulluqçusundan asılı duruma düşür. Aşına nə tökürsə, qaşığına da o çıxır.
           Svetlana isə sevgisiz nikahdan doğulan, zooparkda böyüyən bir oğlanın özünü şirə
           yem etməsindən söz açır. Ailədə sevgisizlik, xalqlar arasında müharibə insanı bir
           heçliyə yuvarlayır, o, öz vəhşi eh raslarının qurbanı olur. Svetlana bunu deyir.
           Amma hekayə sadəcə əhvalat deyil, maraqlı əhvalat da deyil, bədii əhvalatdır. Bəs
           niyə bu xanımların danışdıqları bədii əhvalat səviyyəsinə qalxmır. Çünki onlar
           əhvala  teleekran effek  ilə göstəməkdənsə, diktor mətni ilə oxuyurlar. Biz
           personajların zahirində gedən olayları görür, amma onların daxilində gedən
           prosesləri lazımınca izləyə bilmirik. Özəlliklə də Günelin üslubu, ən yaxşı halda,
           Mopassan novellalarını yada salır. Halbuki naturalist Mopassandan sonra dünya
           bədii nəsri modernist, ekzistensialist, postmodernist, postmodern sonrası prak kadan
           keçib və pos nsana gəlib ça b.
               Qan Turalının "Gənc qadının və Şaxta Babanın qətli", Ayxan Ayvazın "Monoton",
           Ömər Xəyyamın "Nağılın sonu nağıl" hekayələri isə modern-postmodern prak kanın
           yeni nəsil yazarlar tərəfindən bu və digər dərəcədə mənimsənildiyindən xəbər
           verir. Bunların arasında ənənəvi nəsr üslubuna ən yaxını Qan Turalı, ən uzağı
           Ömərdir, Ayxan bu baxımdan ortada dayanır.
               Qan  Turalının hekayəsi milli mentalite n neqa v yönlərinin tənqidinə həsr
           olunub. Problem sosial-mənəvidir – gənc ailə başçısı Elman dedi-qoduya  dözməyib
           arvadı Nailəni və onunla şəkil çəkdirən Şaxta Babanı bıçaqlayır. Adi söz-söhbət,
           bayağı erkəklik qüruru (kişilik yox, məhz erkəklik!) iki nəfərin ölümünə, iki körpənin
           ye m böyüməsinə, qa lin isə öz ömrünü həbsxanalar küncündə çürütməsinə
           səbəb olur.
               Elman öz  xarakterinin zəifliyi baxımından Anarın Zaurunu, hekayə isə eyni
           olayın bir neçə şəxsin dilindən nəqli baxımından İ.Əfəndiyevin "Körpüsalanlar"ını
                                                                                 23
   18   19   20   21   22   23   24   25   26   27   28