Page 351 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 351

Tuten xatun özünə tamlıqla bələd olmadan böyüyürdü. Hərbi təlim ilə xüsusi
           müəllimlər məşğul olurdu, oğlanlardan uzaq saxlanılırdı. Kahin ona kişilik dərsləri keçər,
           hərbi müəllimi isə ox atmağı, nizə tutmağı, silahla davranmağı öyrədərdi.
               Şəninə nəğmələr qoşulardı balaca şəhzadənin. Kənizlər üzünü görmədən belə, ona
           aşiq olardılar.
               Qızıla bürünmüş kəcavələr qara qulların çiyinləri üzərində şəhər meydanından
           keçərdi. Tuten xatunun siması yaxasına çəkilmiş qızıl plitələrdən par-par parlayardı. Bu
           işıq sıçrayışından onun üzünü görmək mümkün olmurdu. Adətən fironlar bunu allah
           olduqlarını xalqa nümayiş etdirməkçün edərdilər. İşıqdan gözü qamaşan kütlə fironların
           üzünə nur qonduğunu düşünər, onları ilahiləşdirərdilər. Tuten xatun bu iddiadan uzaq
           birisi idi. Əsas məqsədi sinəsi üzərində qaralan damğa yerini, ləkəni gizlətmək idi.
           Halbuki bu ləkənin niyə onun üzərində olmasını anlamırdı. Hamının onun kimi
           olduğunu düşünürdü.
               Onun yeniyetməliyi çox çılğın keçirdi. Gənc şəhzadə sanki özünü axtarırdı. Bəzən
           həddindən artıq kobud, bəzən isə həddindən artıq mülayim olurdu. Onu bəzəməyə
           gələn kənizləri heç sevməzdi. Ona toxunan qadın əllərini qovlayardı daima. Qadın
           nazına nifrət edərdi. Amma hərdən gözünə çəkilən sürmədən həm də xoşhallanardı.
               Exnaton çox dərd çəkirdi. Qorxulu, dəhşət dolu yuxuları gecə kabusuna çevrilmişdi.
           Amma hər şeyi yenidən bərpa etmək üçün çox gec idi. Övladına içirdilən xüsusi
           məhlullar onun səsini kobudlaşdırar, daxili orqanlarının inkişafını saxlayardı. Exnaton  Tuten xatun
           əslində bu minvalla övladının çox yaşamayacağını gözəl bilirdi. Amma nə etməli? Özü
           də artıq köç karvanına qoşulmaq üçün məqam gözləyirdi. Anası Tiyin qəfləti ölümü
                                                                                         Günel Eyvazlı.
           onu bir az da zəiflətmişdi. Nefertitinin heç olmamış kimi qeybə çəkilməsi, sarayda
           başlayan hərc-mərclik, kahinlərin ədavəti onu sarsıdırdı. Çıxış yolu özünü taleyin
           ağuşuna atmaq idi. Belə məqamlarda ən doğru yol elə bu idi. Tale küləkləri Misir
           taleyini də dəyişmək üçün hələ çox əsməliydi.

                                             * * *
               Tuten xatun meylini qoca kahinə salmışdı. Ondan heç nəyi gizlətmirdi. Saatlarla
           başını kahinin dizləri üzərinə qoyub məsləhətlərinə qulaq asardı. Özü də olanlardan
           ona nəql edərdi. Günlərin bir günü Tuten xatun qəlbinin dərinliyində onu narahat edən
           bir hissi kahinlə bölüşür.
               – Kahin, mən qəribəyəm. Bax burda, sol sinəmin altında nə isə çırpınır. O nədir?
               – Ürəyindir, balaca.
               – Bax, qulaq as, sənin yanında çox sakitdir, amma Amentonu gördükdə elə şiddətlə
           döyünür ki... Anlamıram.
                                                                                351
   346   347   348   349   350   351   352   353   354   355   356