Page 350 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 350

Gənc yazarların ədəbiyyat almanaxı

               ilə onun ağuşuna atılmağa hazır idilər. Həddindən artıq incə və həssas davranardılar
               hökmdarları ilə.

                                                 * * *
                   Uzun müddətdir, analıq yükünü daşıyan həyat yoldaşının sancı çəkməsi xəbəri gəlir
               Exnatonun otağına. Kənizləri kənara itələyib xanımının yanına qaçır. Dəhliz boyu
               şükranlıq nidaları sarayın içinə yayılır. O sevinirdi, xoşbəxt idi.
                   Xanımın otağının qarşısına düzülən kənizlər başlarını aşağı dikmişdilər. Əslində
               bütün bu hadisələrin necə bitməsi öncədən məlum idi. Çünki bu doğuluşa şahid olan
               kimsələr çiyinlərində ağır bir yük daşımanın fərqində idilər.
                   Otaqda körpə çığırtısı eşidilirdi. Exnaton asta addımlarla xanımının yanına
               yaxınlaşdı. Ağ örtüyə bürünən körpənin qız olması elə uzaqdan sezilirdi. Bu isə irsin
               davamının olmaması, Exnaton hakimiyyətinin sonu demək idi.
                   Exnatonun beynini didən suallar onu yanlız yollara, dolaşığa gətirib çıxarırdı.
               Əslində o bilirdi ki, sona qədər bunu daşıya bilməyəcək bir addım atır. O bilirdi ki, ilahi
               Aton onu bağışlamayacaq. Doğulmuş qız övladını kişi kimi böyütmək qərarını verməklə
               böyük səhv etdiyini çox gözəl anlayırdı. Amma... necə olsun?
                   Çox götür-qoy edərək keçmiş əcdadlarının və şəcərəsinin naminə kahinə əmr verir.
               Övladının sinəsinə damğa vurmasını ona tapşırır. Əmrə tabe olmaq kahinin borcu idi.
               Belə bir qəddar qərar yalnız Exnatonun ağlına gələ bilərdi. O isə ağzından çıxardığı
               sözləri yaxşı dərk edirdi.
                   Körpə damğa basılandan sonra huşunu itirmışdi. Deyilənə görə, həftələrlə cansız
               varlıq kimi səsini belə çıxarmırdı. Süd anaları onu yedirdə bilmirdi. Exnaton peşmançılıq
               keçirərək yeganə varisinin ölümünə fərman verdiyi üçün canına qıymağı belə ağlından
               keçirir.  “Əgər sondursa, qoy sonluq belə olsun”, – deyirdi. Həm də sevimli ilan dişləməsi
               ilə kimlər intihar etməmişdi ki? Bu, həm müqəddəs, həm də əlçatmaz bir qərar idi.
               Ona doğru ən cəsarətli addım atır.
                   Fikir dəryasına qərq olan hökmdar körpənin çığırtısına diksinir, son anda onu
               ölümdən saxladığı üçün tapındığı Aton allahına ömrünün sonuna qədər ibadət edir.
               Ölümün astanasından onu qaytardığı üçün daş bütün qarşısında göz yaşı tökür.
                   Sinəsi möhkəm-möhkəm sarınan körpə sərin otaqda saxlanılırdı. Onunla olduqca
               həssas, incə davranırdılar. Körpənin acından sustalmış bədəni bir müddət sonra özünə
               gəlir. Nağıllarda olduğu kimi, balaca Tuten xatun dəqiqələrlə böyüyür. Həm də qayğı
               və sevgi ilə əhatələnir.
               350
   345   346   347   348   349   350   351   352   353   354   355