Page 349 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 349

Sarayın adlı-sanlı insanları sonuncu dəfə fironlarıyla vidalaşmaq üçün Nil kənarına
           yığışmışdılar. Ovuclarını xına ilə boyayan kahinlər günəş oğluna əlvida demək üçün
           qayığa əl edirdilər.

                                             * * *
               Exnaton Tutanhamonun doğma atası idi. Doğrusu, keşiş bu haqda mənə söz
           açarkən gənc firona Tutanhamon yox, Tuten xatun deyərdi daima. Əslində bunun
           səbəbi var idi.
               Exnaton enerjili, dövləti idarə etməyi bacaran başçı idi. Amma kahinlər onu heç
           sevməzdilər. Deyilənə görə, bu müddət ərzində Misirə nə bəla gəlmişdisə, onun
           ucbatından gəlmişdi. Misirin taleyinin qaraya bürünməsi də Exnatonun narahat
           taleyinin nəticəsi idi.
               Exnaton çox gənc evlənmişdi. Onun hakimiyyətə gəlişi Misir üçün yeni dövrün
           başlanğıcı idi əslində. O, yeni dini islahatlar, dəyişikliklər gətirmişdi. Minilliklər boyu
           çoxallahlığa sitayiş edən əhali indi Exnatonun əmri ilə Atona səcdə etməli idi. Bu isə
           əsrlərdir xalqın sitayiş etdiyi allahlara arxa çevirmək kimi qiymətləndirilirdi.  Doğrudur,
           o, gözdən pərdə asmaq üçün hakimiyyətə gəldiyi ilk dövrlərdə Fiv allahı Amona sitayiş
           edirdi, amma bir müddət sonra Aton allahına sitayişetmə kultunu gətirdi və ona
           tapınmanı vacib saydı. Əmr verildikdən sonra kahin təbəqə hər vəchlə Exnatonu  Tuten xatun
           hakimiyyətdən yıxmağa çalışırdı.
               Bütün saray əhli, keşişlər ona nifrət edirdilər. Tayfa başçıları, kahinlər bunu qəbul
           edə bilmirdi. Necə yəni? Rəiyyətlə ağaların eyni allahımı olsun? Yox, mənim allahım
           dəbdəbə sevir, o murdar əkinçinin allahı isə özü kimi palçıqlı və çirkindir, deyirdilər.
           Məgər dövlətli ilə yoxsul eyni allaha sitayiş edərmi?                         Günel Eyvazlı.
               Exnaton gətirdiyi dinə balaca bir əlavə də etmişdi. Əslində bu əlavə onun bacısına
           doğan eşqindən qaynaqlanırdı. Bunu bir Exnaton bilirdi, bir də evinin küncündə olan
           büt – inandığı Atonun ruhunu özündə daşıyan daş parçası. O büt ki, gənc Exnatonun
           sirlərinin ortağı idi. O büt ki, ölü doğulan övladlarını görmüşdü. O büt ki, Exnatonun
           yeni arzularının, reallaşması xətrinə qızıla bürünmüşdü.
               Uzun müddət övladının olmamasını kahinlər allahların onun lənəti ilə əlaqələn -
           dirirdilər. Exnaton sarsılmış vəziyyətdə sarayının içində dolaşırdı. Varisinin olma -
           masından yas tuturdu. O, döyüşlərə həvəssiz gedər, xanımının yanına həvəssiz dönərdi.
               Yoldaşına aylarla yaxınlaşmayan Exnaton başqa kənizlərlə könül əyləndirərdi. Firon
           könlünü ovlamaq elə də asan məsələ deyildi. Sarayda məhz bunun üçün hazırlanan,
           müəyyən qaydalarla böyüyən, tərbiyələnən qızlar var idi. Onlar Exnatonun bir baxışı
                                                                                349
   344   345   346   347   348   349   350   351   352   353   354